Balerina Anastasiya Voloçkova sosial şəbəkələrdə yaxın dostu və pərəstişkarının hədiyyəsindən danışıb.
OLAY yazır ki, Voloçkova paylaşımında bildirib ki, bir bəy tanışı ona 4,9 karatlıq brilyant üzük verib. Rəqqasə zinət əşyalarını ona verən dostunun adını açıqlamayıb:
“Günəşdə çox parlaq yanır. Mən Korolevdə çıxış edəcəyəm və bu almazın işıqforların işığında necə yanacağını təsəvvür edəcəm. Təbii ki, mən xoşbəxt qadınam. Bu doğrudur. Dostlarım və pərəstişkarlarım da “cool”durlar”.