Fotosessiya
Fotosessiya

Ət yeməyi dayandırdı, səhhəti pisləşdi

Ət yeməyi dayandırdı, səhhəti pisləşdi

“Bu aralar çox pisəm. Sizə bildirməməyə çalışsam da, səhhətimlə bağlı problemlər yaşayıram. Ona görə paylaşım edə bilmirəm”.

OLAY yazır ki, bu sözləri influenser Elmira Namazova sosial media hesabında paylaşıb.

O, vəziyyətinin yaxşı olmadığını yazıb:

“Gecələr ürək ritmim sürətlənir, boğuluram, nəfəs ala bilmirəm, çiyinlərim qırılır. Elə bilirəm boğazımda yemək qalıb. Boğazımın içi şişir, havam çatmır. Gözlədim ki, düzələrəm, amma düzəlmədim. Sonda bu gün nevroloqa getdim. Nevrozluğun əlamətləridir. Baxmayın sakit göründüyümə, hər şeyi ürəyimə salan, adi bir şeydə stress yaşayan biriyəm. Bu da nəticəsi. Bugünkü əhvalımın, yorğunluğumun səbəbi də yaşadığım panik-atak idi.

Həkim dedi ki, yeməyinə fikir verməlisən. Bilirsiniz ki, bir müddətdir veqan qidalanırdıq. Amma orqanizmimə düşmədi. Ət yeməyəndən enerjim yerlərdə, ürək ritmim göylərdədir. Birdən-birə ət yeməyi kəsdim və nəticə: təzyiqim belə yerlə sürünür. Mənə nə qədər insan ət yeməyi buraxandan sonra müxtəlif xəstəliklər yarandığını yazıb. Orqanizminiz öyrəşibsə, dəyişdirməyin”.

Qeyd edək ki, bloger Tural Namazovla evlidir. Cütlüyün iki oğlu var.