7-16 aprel tarixlərində Sank-Peterburqda XXV Beynəlxalq “Rusiyada görüşlər” (Встречи в России) adlanan Rus Teatrları festivalı keçiriləcək.
OLAY yazır ki, bu münasibətlə Akademik Rus Dram Teatrının aktyorları Rusiyaya yollanıb. Aktyorlar Murad İsmayıl, İbrahim Çingiz , Rüstəm Kərimov, Cohar Abdullayev, Tamerlan Abdullayev, Dilarə Nəzərova, Səbinə Məmmədova, Səma Vəliyeva, Rüfət Əliyev, Gövhər Şahbazova, Murad Məmmədov, Mariya Dubovitskaya, Olqa Arsentyeva, Yuriy Omelçenko, Rüfət Nəzərov, Teymur Rəhimov, Fərid Bəhramov və Samirə Rüstəmova festivala qatılanlar arasındadır.
Bu barədə İbrahim Çingiz instaqram hesabında məlumat verib:
“Aprelin 12-si Aleksandr Nikolayeviç Ostrovskinin 200 illik yubileyi qeyd olunacağı üçün festival proqramı məşhur dramaturqun əsərləri üzərində qurulub. Festivala 10 ölkənin aparıcı teatr kollektivləri cəlb olunub: Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Abxaziya, Qırğızıstan, Özbəkistan, Ermənistan, Belarus və Rusiya.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları üçün əlavə məşq proqramı artıq başlayıb. Bir neçə günə “Балтийский дом” səhnəsində oynayacağımız tamaşanın həyəcanını yaşayırıq”.