Müğənni İradə İbrahimova ailəsi ilə yeni fotosunu izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, sənətçi ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib:
“Məram, sən nə gözəl düşüncəsən. Sonsuz şükrümlə, başım göylərdə, yenə Ona sığınaraq” sən mənə bir addım gəlsən, mən sənə on addım gələrəm” sözlərini ağlıma gətirirəm. Tək olmadığımı və mənim kimi gözəl niyyətləri qanadlandıran insanların olduğunu bilirəm. Hardan bilirik bəlkə oxşar niyyətlər qarşılaşacaq və birləşib, tək olub mənzilinə yetişəcək?! Nəsib! Bu il də diqqətini, hörmətini, sevgisini əskik etməyən ad günümü təbrik edən hər kəsə minnətdaram!”.
Qeyd edək ki, ifaçı uzun illər öncə türkiyəli iş adamı ilə quraraq İstanbula köçüb. Onun iki övladı var.
Kəmalə Bədəlova