Fotosessiya
Fotosessiya

Afaqdan səhhəti ilə bağlı açıqlama

Afaqdan səhhəti ilə bağlı açıqlama

Aparıcı Afaq Gəncəli sosial media hesabında səhhəti ilə bağlı açıqlama verib.

OLAY yazır ki, o bu barədə instaqramda yazıb:

“Son 1 ayda mənim səhhətimlə bağlı narahat olan mənə yazan və dua edənlərə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma əfsuslar olsun ki, bir çox yalan söz-söhbətlər də əskik olmadı və ən doğrusunu dilimdən eşitsəniz, daha məqsədə uyğun olar. Şəkildə gördüyünüz bu gülərüz, peşəkar, Hipokratın andına sadiq qalan,Vətənini sevən və layiqincə Vətəninə xidmət edib, peşəsinin fədakarı olan bu insanlar mənim həkimlərimdir. Mən sizinlə qürur duyuram! Mən sizi sevirəm! İnanın sevməsəydim, canımı sizə etibar etməzdim”.

Qeyd edək ki, aparıcı zob xəstəliyi ilə bağlı əməliyyat olunmuşdu.