Türkiyənin məşhur müğənnisi Gülşen ölkəni tərk etməyəcək.
OLAY yazır ki, bu barədə sənətçinin vəkili KİV-ə məlumat yayıb. Qeyd olunub ki, Gülşən Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili vəzifəsi təklifi alması, bu halda İspaniyadan dönməyəcəyi barədə xəbərlər yalandır.
“Mövcud hökumətin seçkiləri qazanacağı təqdirdə ölkəsinə qayıtması və ya Türkiyəni tərk etməsi həqiqəti əks etdirmir”,- deyə qeyd olunub.