Fotosessiya
Fotosessiya

Papanın ağ gödəkçəsindən sonra bu addım atıldı

Papanın ağ gödəkçəsindən sonra bu addım atıldı

Papa Fransiskin ağ uzun şişmə gödəkçə ilə bağlı yayılan fotosu barədə yeni detal ortaya çıxıb.

OLAY yazır ki, görüntünü hazırlayan süni intellekt şirkəti “Midjourney” mətbuata açıqlama yayıb. Təsisçi David Holtz şirkətin rəsmi Discord serverində “Hədsiz yüksək tələbat və sınaqdan sui-istifadə səbəbindən sistem yeniləməsini buraxana qədər pulsuz sınaqları müvəqqəti olaraq dayandırırıq”, -deyə bildirib. 

Daha əvvəl “Midjourney”də dəbli ağ gödəkçədə Papa Fransiskin və Donald Trampın polis tərəfindən həbs edilməsinin görüntüləri yayılıb. Bəzi istifadəçilər onları o qədər real görüblər ki, bunun neyron şəbəkə tərəfindən yaradıldığını dərhal dərk etməyiblər.

Bu görüntülərin viral yayılmasından qısa müddət sonra tvitterdə istifadəçilərə həqiqi fotoya deyil, neyron şəbəkənin işinin nəticəsinə baxdıqları barədə xəbərdarlıq edən xüsusi lövhə peyda olub.

Midjourney-in pullu versiyaları hələ də istifadə üçün mövcuddur.