Fotosessiya
Fotosessiya

“Bu sözümdən sonra Tünzalə uşaq kimi ağladı”

“Bu sözümdən sonra Tünzalə uşaq kimi ağladı”

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal növbəti dəfə kövrək paylaşım edib.

OLAY yazır ki, o, xanımının ölümündən 57 gün keçdiyini bildirib.

Röyal öz kədərini instaqram paylaşımında bildirib:

“Sənsiz keçən 57 bomboş gün! Toyumuzdan 21 gün keçmişdi. “Sən məndən kiçiksən, amma mənim böyüyümsən” dedi. Sonra dedi ki, “bəlkə, sənin ağaran saçlarını görmədim. Amma sən mənimkini görəcəksən”. Dedim ki, “sənin ağaran saçlarına sevə-sevə sığal çəkəcəm”... 5 ay bundan öncə başını dizlərimə qoymuşdu və başına sığal çəkirdim. Müalicədən saçları tökülmüşdü, amma çox az bir miqdarda çıxmışdı. Birdən mənə dediyi söz yadıma düşdü. Dedim ki, ömrüm, mənim sənə sözüm var idi ki, ağaran saçlarına sığal çəkəcəm, yadındadır? O böyük ürəkli xanım uşaq kimi ağladı...

Hər dəfə söz verirəm ki, daha sondur, paylaşım etməyəcəm. Amma bunları yazmasam, vallah dəli olaram. Tək qaldım mən, sənsiz yetim qaldım. Heç yaxşı deyiləm. İnşallah, tezliklə öncə rəbbimə, sonra isə sənə qovuşacağım günü gözləyirəm. O vaxta kimi isə hələ var, bilirəm. Çünki hələ sənin məndə əmanət olan Zəhramı böyütməliyəm!”

Qeyd edək ki, T. Əliyeva bu ilin yanvarında xərçəngdən dünyasını dəyişib.