Fotosessiya
Fotosessiya

“O sürücülər cərimə olunsa, yenidən orada saxlayar?”

“O sürücülər cərimə olunsa, yenidən orada saxlayar?”

Aparıcı İlkin Həsəni metronun “20 yanvar” stansiyası tərəfdəki vəziyyətdən şikayətlənib.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesablarında paylaşım edib.

“Bunu da dünən MTV-də qonaq olarkən çəkdim. Bu günə kimi heç bir qurumun bacara bilmədiyi “Sumqayıta 1 nəfər” problemi. 3 aydan bir faydası olmayan reydlərlə “hörmətli sürücü burada maşın saxla...” deməklə deyil, konkret addımlar atmaq lazımdır.

Orada saxlayan sürücülər cərimə olunsa, sizcə, yenidən orada saxlayar? Yox! Ölkəmizin ən böyük problemi də budur, cəzasızlıq”, - deyə, Həsəni bildirib.