Rusiyalı Reper Ciqanın şəxsi yazışmaları internetə sızdırılıb.
OLAY yazır ki, lakin onun nümayəndəsi “People Talk Telegram” kanalı ilə söhbətində yazışmaları təkzib edib:
“Ciqan indi aktiv şəkildə albom yazır, studiyada günlərini keçirir. Ailəsini çox sevir. Ekran görüntüləri açıq-aydın dezinformasiya və fotoşopdur”.
Dərc olunmuş skrinşotlarda reperin İnstaqram istifadəçilərindən biri ilə necə ünsiyyət qurduğu əks olunub. Onlar biznes, idman və bir-birlərinin həyatındakı son hadisələri müzakirə edirlər. Şəkillərdən birində Ciqanın həmsöhbətini birgə qaçışa necə dəvət etdiyini də görə bilərsiniz.
Daha əvvəl reperin həyat yoldaşı Oksana Samaylova əriylə yaşamadığını təsdiqləyib. Reperin Oksananın səhifəsində birgə kadrlarda görünməməyi ayrılıq şayiələrinin yayılmasına səbəb olub. Bloger vəziyyəti heç bir şəkildə şərh etməyib, ancaq qızının atası ilə mübahisəsində anasına dəstək verdiyi mesajları paylaşıb.
Bundan sonra Ciqan açıqlama verərək bildirib ki, yeni albom yazdırmaq üçün bir müddət ailəsindən uzaqlaşıb. İfaçının sözlərinə görə, Samoylova səs-küyə və evdə bitmeykerlərin daimi olmasına qarşıdır. Reper söyləyib ki, hazırda köhnə evində yaşayır.
Qeyd edək ki, cütlüyün dörd övladı var.