Azərbaycanlı bloger Hüseyn Həsənov izləyicilərinə verdiyi sözü tutub.
OLAY yazır ki, o, səhifəsində keçirdiyi səs-küylü yarışın qalibini seçib. Belə ki, 30 milyonluq lüks avtomobilin sahibi tacikistanlı məktəbli olub.
Lakin o, maşından imtina edib. Hüseyn buna səbəbin məktəblinin avtomobilin pulunu istəməsi olduğunu bildirib.
Həsənov onun ailəsini düşündüyü üçün belə etdiyini söyləyərək 30 milyon rublu (675 min manat) tacik məktəbliyə bağışlayıb.