Fotosessiya
Fotosessiya

“Herri Potter”in ulduzu ilk dəfə ata olacaq

“Herri Potter”in ulduzu ilk dəfə ata olacaq

“Herri Potter” filminin ulduzu, britaniyalı aktyor Daniel Radkliff ilk dəfə ata olacaq.

OLAY yazır ki, qərb mətbuatında 33 yaşlı Danielin və onun həyat yoldaşı 38 yaşlı aktrisa Erin Darkın ilk övladlarını gözlədikləri barədə məlumat yayılıb.

Cütlük Nyu-Yorkda gəzərkən görüntülənib və şəkillərdə aktrisanın yuvarlaq qarnı açıq-aydın görünür.

Aktyorun ilk dəfə ata olacağı ilə bağlı məlumatı onun rəsmi nümayəndəsi Fox News-a verdiyi şərhdə təsdiqləyib.