Fotosessiya
Fotosessiya

“Harri Potter” ata olacaq

“Harri Potter” ata olacaq

Harri Potter obrazı ilə tanınan ingilis aktyor Daniel Radklif ata olacaq.

OLAY yazır ki, sənətçi sevgilisi Erik Darke ilə birgə valideyn olmağa hazırlaşır.

“Onlar çox həyəcanlıdırlar və üç nəfərlik bir ailə olmağı səbirsizliklə gözləyirlər”, - deyə, cütlüyə yaxın mənbədən bildirilib.

Qeyd edək ki, Daniellə Erik 2012-ci ildə tanış olub və on ildən çoxdur ki, münasibətdədirlər.