Fotosessiya
Fotosessiya

İlk dəfə kiçik bacısını göstərdi

İlk dəfə kiçik bacısını göstərdi

Uzun illər Amerikada yaşayan və ötən günlərdə Bakıya gələn keçmiş aparıcı Günel Hümbətova kiçik bacısı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Günel onu ilk dəfə göstərib. Şəkli sosial şəbəkə hesabına yerləşdirən Hümbətova bu fikirləri qeyd edib:

“Mədişkam... O, dünyaya gələndə mənim 10 yaşım var idi. Jozidən (qızı-red.) əvvəl onu öz qızım kimi hiss edirəm. İlk analıq instinktlərimi onunla yaşadım sanki. Özü də mənə çox bənzəyir. 3 il sonra gəlib onu 21 yaşındakı gənc qız kimi görmək mənə qəribə gəlir. Sanki həmişə balaca qız olaraq görməyə alışmışdım. Canım...”.

Qeyd edək ki, Günelin digər bacısı aparıcı Mehin Hümbətovadır.