Fotosessiya
Fotosessiya

Hacı Nuranın səhhəti pisləşdi

Hacı Nuranın səhhəti pisləşdi

Aparıcı Hacı Nuranın səhhətində yenidən problem yaranıb.

OLAY yazır ki, o, müalicə üçün Almaniyaya yollanıb.

Bu barədə H. Nuran sosial şəbəkə hesabında paylaşım edib:

“Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi... Yenə bu qoca qitənin qoca şəhərindəyəm. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni o ki var danladılar. Artıq bir neçə gündür ki, Almaniyadayam. Məni günbəgün yaxşılaşdıran təkcə həkimimin dərmanları və müalicəsi deyil, sizlərin sevgi dolu sözləri, dualarıdır. Hər an yanımda olan, hər dəqiqə mənə təkcə dərmanları ilə deyil, həm də diqqəti ilə məlhəm olan həkimlərim var olsun.

O qədər mehriban, səmimi insanlardır ki... Düzdür, mənim Bakıda da çox gözəl həkimlərim var... Hər biri də əvəzsizdir. Amma uzun illərdir ki, Düsseldorfda müalicə və müayinə olunduğumdan bu klinikanın ağxalatlı mələkləri məni bir kəlmədən başa düşür. Yenə Düsseldorfdayam və yenə sizin dualarınıza ehtiyacım var!”.

Qeyd edək ki, aparıcı xərçəng xəstəliyindən əziyyət çəkir.