Fotosessiya
Fotosessiya

Qonşusu Nagehanın ayaqqabısını oğurladı

Qonşusu Nagehanın ayaqqabısını oğurladı

İnfluenser Nagehan Abdullayevanın ayaqqabısı oğurlanıb.

OLAY yazır ki, bu barədə bloger sosial şəbəkə hesabında paylaşım edib.

O, qonşulardan şübhələndiyini bildirib.

“10 dəqiqəlik evə girdim, tez çıxacaqdım. Və ayaqqabımı çöldə qoydum ki, tez çıxacam. Təkrar qapını açanda ayaqqabım yox idi. Bizdə kartı olmayan yuxarı çıxa bilmir Qonşulardan biri edib bunu, başqa cür ola bilməz. Əgər ayaqqabımı oğurlayan məni izləyirsə, Ramazanın birinci günü necə özünə bunu edə bilərsən? Ayaqqabım orijinal idi. Bunu da keçdim, ən sevdiyim ayaqqabım idi. Şokdayam, o qədər pis oldum ki… Niyə axı? Ehtiyacım var desəydin, mən sənə alardım. Bizdə sadəcə liftdə kamera var. Kameralara baxıldı, amma təbii ki, bunu edən şəxsin liftə minəcək halı yoxdur. Sabah ilk işim kamera qoydurmaq olacaq. Elə yerə qoyacam ki, anlamayacaqsınız. Çünki bunu bir dəfə edən yenə edər. Əsəbdən partlayıram”, - deyə, Nagehan vurğulayıb.