Fotosessiya
Fotosessiya

Oqtay Əliyevin vəfatı ilə bağlı rəsmi açıqlama

Oqtay Əliyevin vəfatı ilə bağlı rəsmi açıqlama

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli Oqtay Əliyevin dünyasını dəyişdiyi qəza barədə açıqlama verib.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş: 

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən  Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

Faktla bağlı araşdırma aparılır.