Bu gün Şuşa bir başqadır. Bir vaxtlar işğal altında olan cənnət guşəmizdə indi təntənəli şəkildə Novruz bayramı qeyd olunub.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Novruz şənliyinin ünvanı Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbilə aksiya keçirilən ərazidə baş tutub.
Sözügedən yerdə aksiya iştirakçıları üçün bayram tonqalı qalanıb, səhnə qurulub. İştirakçılar diceyin müşayiəti ilə tonqal ətrafında yallı gedib, rəqs ediblər.
Aksiyanın 99-cu gününə təsadüf edən şənlik 3 saat davam edib.
Qeyd edək ki, sabah da aksiya iştirakçıları üçün Novruz şənliyi keçiriləcək. Bayram münasibətilə təşkil olunacaq konsert proqramında Xalq artisti Röya Ayxan, müğənnilər Hiss, Nuri Sərinləndirici oxuyacaqlar. Həmçinin bayram aşları açılacaq.