Fotosessiya
Fotosessiya

Əri ilə ayrı yaşadıqlarını etiraf etdi

Əri ilə ayrı yaşadıqlarını etiraf etdi

Rus model Oksana Samoylova bir müddət öncə psixiatriya klinikasında müalicə alan reper həyat yoldaşı Ciqanla (Denis Ustimenko-Vaynşteyn) ayrı evdə yaşadığını etiraf edib.

OLAY yazır ki, bu barədə o, izləyicilərindən birinin şərhinə cavab verərkən bildirib.

“Biz artıq birlikdə yaşamırıq. Nə baş verdiyini deyə bilmərəm, çünki bu təkcə mənim hekayəm deyil”, - deyə, Oksana qeyd edib.

Onun sözlərinə görə, ərindən ayrı yaşamasının səbəbi zamanla aydın olacaq.

Model qeyd edib ki, Ciqan Moskvadadır və uşaqları ilə mütəmadi olaraq görüşür.

Xatırladaq ki, cütlük ötən il evliliklərinin 10 ilini qeyd edib. Onların 4 övladı var.