“Yeni gelin”, “Aşk, mantık, intikam”, “Seversin” kimi seriallarda rol alan məşhur türk aktrisa Zeynep Kankonde ölümdən dönüb.
OLAY yazır ki, sənətçi Şişlidə gəzərkən tikilməkdə olan binanın 7-ci mərtəbəsindən başına daş düşüb.
Sənətçi xəstəxanada ilkin müdaxilədən sonra polis bölməsinə gedərək, şikayətçi olub.
Araşdırmaya başlayan polis əməkdaşları iki inşaat işçisini məhkəmə prosesi üçün bölməyə çağırıb.