Fotosessiya
Fotosessiya

CeyLo öz ayaqqabı brendi üçün fotolar çəkdirdi

CeyLo öz ayaqqabı brendi üçün fotolar çəkdirdi

Müğənni və aktrisa Cennifer Lopez Revolve ilə birgə yaratdığı ayaqqabı xəttinin reklam kampaniyasının ulduzu olub.

OLAY yazır ki, 53 yaşlı ulduz layihənin fotolarını instaqramda yerləşdirərək “ayaqqabıları sevirəm” şərhini yazıb. 

Şəkillərdə Cennifer Lopez saçlarını səliqəli şəkildə ayırmış qara parıldayan mayo və hündür yarıqlı yubka ilə görünür. Ayaqlarında xəz ilə işlənmiş qayışlı qara stiletto, dabanlı parlaq yüksək platformalı sandaletlər var.

Lopezin ayaqqabılarının qiyməti təxminən 170 dollardır.

Qeyd edək ki, aktrisa bir neçə ildir ki, ayaqqabı brendi DSW ilə işləyir. Bu arada, supermodel Kendall Cenner daha əvvəl “Revolve” ilə əməkdaşlıq edərək ayaqqabılar buraxmışdı.