Tamaşası zamanı halı pisləşərək xəstəxanaya yerləşdirilən ustad türk aktyor Haluk Bilginer səhhəti barədə danışıb.
OLAY yazır ki, artıq evə buraxılan sənətçi hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.
“Kardiloloji olaraq sinifi keçdim, ürəyimdə problem yoxdur”, - deyə, Bilginer vurğulayıb.
Qeyd edək ki, aktyor ”Kundakçı” adlı tamaşasının ikinci pərdəsində səhnəyə çıxan vaxt anidən halı pisləşib.