Fotosessiya
Fotosessiya

“Yaxşı yaşamaq istədilər və belə oldu...”

“Yaxşı yaşamaq istədilər və belə oldu...”

Əməkdar artist Ayşad Məmmədov həmkarları Rafael iskəndərov və Coşqun Rəhimov haqda danışıb. 

OLAY yazır ki, bu barədə o, APA-ya müsahibəsi zamanı açıqlama verib. Aktyor deyib ki, adı çəkilən sənətçilərin ciddi rolları olub:

“Gənclər Teatrında işləyəndə də pyes yazmışdım. Pantomima hazırladığım da olub. Ölümə aid idi: “Həzrəti Ölüm”. Sonra “Korlar” pantomimim də var idi. Pantomim festivalında onu oynayanda gürcülər elə bilmişdilər ki, biz pantomim teatrıyıq. Yəni o dərəcədə keyfiyyətli alınmışdı.

Rafael və Coşqun da orada rol almışdı. Mən sizə deyim ki, onlar ikisi də çox ciddi aktyorlardır. Sadəcə onlardan istifadə olunmadı. Çox-çox istedadlı aktyorlardır. Ciddi rolları da olub. Sadəcə zamanın axınına düşdülər, yaxşı yaşamaq istədilər və belə oldu.İndi hərə bir cür düşünür də. Adamlar başqa-başqa olur”.