Fotosessiya
Fotosessiya

“Həddini aşmış qısqanclıq sevgini öldürür”

“Həddini aşmış qısqanclıq sevgini öldürür”

Aktrisa Ülviyyə Xəlilbəyli instaqramda sual-cavab edib.

OLAY yazır ki, izləyicilərinin suallarını cavablandıran sənətçi maraqlı açıqlamalar verib.

“Heç həyat yoldaşınızla dalaşanda “Bilirsən, atamın evinə gedirəm” demisiz” sualına “Olmayıb” deyib.

“Sizə qarşı həddindın artıq qısqanclıq olub, ya da sizin həyat yoldaşınıza” sualını isə “Həddini aşmış qısqanclıq sevgini öldürür. Bəzən də nifrətə çevirir”, - deyə, cavablandırıb.

Bundan əlavə Ülviyyə “Heç fikrinizdən keçib ki, oğlunuza Fuad yox, başqa ad qoyasınız” sualına gəlincə bunları yazıb:

“Olub: Arslan, Uğur, Çinar... Bu adlardan birini düşünmüşdüm. Düşünə-düşünə qaldım”.

Qeyd edək ki, Ülviyyənin həyat yoldaşı Murad İsmayıl oğluna ustadı, mərhum Xalq artisti Fuad Poladovun adını verib.