Fotosessiya
Fotosessiya

“Afaqın ürəyində böyük bir dərdi var”

“Afaqın ürəyində böyük bir dərdi var”

Aparıcı Afaq Gəncəlinin səhhətində problem yaranıb.

OLAY yazır ki, bu barədə Hacı Nuran instaqramda paylaşım edib.

“Mənim ən yaxın dostlarımdan biri… Afaqın ürəyində böyük bir dərdi var, amma bunu həmişə içində çəkib, dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim. Həmişə şad-xürrəm olub, göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub. Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı. Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib. Hamının onun üçün dua etməsini diləyirəm. Çünki mənim dostumun bu dualara böyük ehtiyacı var. Allah şəfa versin”, - deyə, paylaşımda qeyd edilib.

Xatırladaq ki, bir müddət öncə A. Gəncəli açıqlama verərək səhhəti ilə bağlı “Səhər mərkəzi” verilişindən uzaqlaşdığını söyləmişdi. Onun yerinə isə efirə layihənin redaktoru Aysel Novruzova gəlib.