Aktyor Müşviq Şahverdiyev “Cinemazadeh” şirkəti ilə məhkəməsində uduzub.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Müşviq bildirib ki, məhkəmədə sənədləri təqdim etsə də, qalib gələ bilməyib:
“Bakı Kommersiya Məhkəməsinə sənədlər, sübutlar, yazışmalar, səsli mesajlar təqdim etsək də, məhkəmə ədalətsiz, haqsız qərar verdi. Hakim Ülkər Həsənova ədalətsiz qərar verdi. Əlimizdə sübut osla da, onların yalanlarına... Guya film çəkiblər, gedib çəkilməmişəm və sairə. Çox utandım, çox utancverici şeylər edildi. Bu ədalətsizliyi edib, insanların üzünə necə baxırlar, anlamıram. Amma “Cinemazadeh”in rəhbərinə üzümü tuturam, “Cəfərcik” (Cəfər Axundzadə), bununla heç nə bitmir. Qarşıda Apelyasiya məhkəməsi var, görüşəcəyik. İşlər qarşıdadır. Mən sübut edəcəm. İnşallah növbəti məhkəmədə ədalətli insan olacaq, düzgünlüyə qiymət verəcək, biz qazanacağıq”.
Qeyd edək ki, şirkət Müşviqlə müqavilələrinin olmasına baxmayaraq, onun şərtlərə əməl etmədiyini, çəkilişlərə gəlmədiyini iddia etmişdi. Həmçinin şirkət ondan 90 min manat tələb edir.