Fotosessiya
Fotosessiya

Narkotikin təsirindəki görüntülərindən ilk dəfə danışdı

Narkotikin təsirindəki görüntülərindən ilk dəfə danışdı

Dünyaca məşhur model Kara Delevin ötən il narkotikin təsirində olarkən çəkilən fotoları haqda ilk dəfə danışıb.

OLAY yazır ki, o, bu barədə “Vogue” jurnalına müsahibəsində deyib.

Kara sözügedən görüntüləri qəzet manşetlərində gördükdən və vəziyyətinin pis olduğunu anladıqdan sonra narkotik asılılığından müalicə aldığını açıqlayıb.

30 yaşlı ulduz “O an mənim üçün narahat olan bir çox insan var idi. Mən isə narahat deyildim. Çünki bu xəstəliyin təbiəti belədir. Asılılıq da budur”, - deyə, bildirib.

Dörd aydır narkotik istifadə etməyən, terapiya, yoqa və davam edən müalicənin köməyi ilə sağalmış Delevin fikirlərinə belə davam edib:

“Bu prosesin təbii ki, eniş-yoxuşları var, o qədər də sadə deyil. Bu bir gecədə baş vermir”.