Sosial şəbəkələrdə videoları ilə populyarlaşan Xalidə nənə “Nargis Magazine” üçün kamera qarşısına keçib.
OLAY yazır ki, jurnal üçün fotosessiya etdirən fenomenin məsləhətlərinin yer aldığı lövhə ilə şəkilləri paylaşılıb.
Həmçinin paylaşılan fotolarda “Qayınanan ilə dost ol, alınmırsa, kirayə çıxın”, “Ərə getməyə tələsməyin, əvvəlcə təhsil alın”, “Gedin salona, saçlarınızı düzəldin, özünüzə baxın”, “Evdə necə istəyirsənsə, elə geyin, çöldə isə normal paltarlar” kimi tövsiyələr yazılıb.