Türkiyənin məşhur “make up” ustadı Müberya Sağlam azərbaycanlı vizajistlərə müraciət edib.
OLAY yazır ki, o, 11-12 aprel tarixində Azərbaycana gələcəyini, “Four Seasons Hotel Baku”da master klass keçəcəyini bildirib.
M. Sağlam onu da qeyd edib ki, dərslərdə iştirak edəcək şəxsləri Bakıda açacağı gözəllik mərkəzinə cəlb edəcək.
Qeyd edək ki, M. Sağlam master klassı digər makiyaj artisti Arda Bektaşla birgə keçəcək.
Onlar “Beauty Time” şəbəkəsinin sahibəsi Könül Həmzəyevanın dəvəti ilə Azərbaycana gəlir.
Özəl dərslər “Arzularınızı reallaşdırmağa gəlirik” şüarı, “Elserum”, “Saray Kahve”, “Aztur”, “Royal Luxury Collection”, “Dreem Smile – by İbrahimbeyli”, “Dr Famil” sponsorluğu ilə reallaşacaq.
Əlaqə: +994 50 424 43 43
+994 50 666 43 34