Fotosessiya
Fotosessiya

“18-19 yaşımda meyxana demişəm”

“18-19 yaşımda meyxana demişəm”

“Bakılı olan hər kəsin qanında meyxana var. 18-19 yaşımda meyxana demişəm. Əruz vəznini çox sevirdim. Düşünürdüm ki, bu da bir yaradıcılıqdır”.

OLAY yazır ki, bu sözləri report-a müsahibəsində aktyor Kamran Ağabalayev deyib. Meyxana haqda fikirlərini bölüşən sənətçi bunu fitri istedad hesab etmədiyini söyləyib:

“Mən meyxanaya heç bir halda fitri istedad kimi baxmıram. Çünki dilimizdə an, at, əl, üz kimi sözlər var. Bunlarla qafiyələr qurub dərhal 50 uyğun söz tapmaq mümkündür. Müəyyən sözlər, texnikalar var, meyxana söyləyəndə ondan istifadə edilir. Əsas üç misranı zəncir formasında gətirən, dördüncü rədifi ona bağlayan şəxs güclü meyxanaçı sayılır. Onlar meyxana ustasıdırlar”.