Müğənni Vüqar Muradovun növbəti paylaşımı diqqət çəkib.
OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb.
“Həyatdı bilmək olmaz insanın başına nə vaxt iş gələr, dünyasını dəyişər. Əziz dostlar, vəsiyyət edirəm, burada qalsın. Mən dünyamı dəyişəndə orqanlarım bağışlansın və yas mərasimim olmasın. Ailəmə heç kim əziyyət verməsin, 3-40,cümə axşamı,il və sairə edilməsin”, - deyə, Vüqar bildirib.