Ayan Babakişiyeva qızı Selenanı doğum günü münasibətilə təbrik edib.
OLAY yazır ki, onunla fotolarını paylaşan müğənni bu sözləri yazıb:
“Selena, səninlə keçən hər saniyə, sağlam keçən hər dəqiqə üçün şükür edirəm.
Dünyamız o qədər güvənsiz olub ki, artıq sabaha yox heç bu günə güman yoxdu. Sənə hər zaman verdiyim bir söz var idi. Həmişə yanında olacam. İndi isə bir söz deyirəm: Mənim ürəyimin yarısı, canımın parası, Allah səni, bütün balaları pis, vicdansız, mərhəmətsiz insanlardan qorusun, Tanrı səni gözəl bəndələri ilə qarşılaşdırsın, ağıllı qızım. Ürəyin necədirsə, bəxtin də o cür olsun. Sənə də bir söz verə bilərəm, canımda can olduqca, səni sevəcəyəm, qoruyacağam. Yaxşı ki varsan, ad günün mübarək!”.