Bekhemlərin oğlu Bruklin Bekhem və Nikola Peltz ikinci toylarını edəəcklər.
OLAY yazır ki, cütlük evliliklərini birinci ildönümündə yeni mərasim keçirəcəklər. Nikolaya yaxın mənbədən bildirilib ki, ikinci toy Nikola və Bruklinlə yanaşı Viktoriya Bekhem üçün də faydalı olacaq.
Bundan sonra modelyerin gəlini ilə arasındakı ədavət bitə bilər.
Bundan başqa bildirilib ki, Nikolanın birinci toyu onun üçün gərgin keçib. Onun üçün ən özəl gününün şəkillərinə belə baxmağın çətin olduğu deyilib.