Fotosessiya
Fotosessiya

Zenfiranın ərindən 15 min oğurlayan tutuldu

Zenfiranın ərindən 15 min oğurlayan tutuldu

Bakıda avtoyuma məntəqəsində müğənni Zenfira İbahimovanın həyat yoldaşı Anar Heydərovun maşınından 15 min manat oğurlayan işçi saxlanılıb.

DİN Mətbuat xidmətindən OLAY-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov tutulub.

Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.