Fotosessiya
Fotosessiya

“Bacım evdə çaysız-susuz qalıb”

“Bacım evdə çaysız-susuz qalıb”

Müğənni Emma Ələkbərzadə bacısı, Əməkdar artist Sevda Ələkbərzadənin və özünün yaşadığı ərazidəki problemlərdən danışıb.

OLAY yazır ki, bununla bağlı o, instaqramda video paylaşıb.

İfaçı bacısının işığının, qazının və suyunun kəsilməsi ilə bağlı yaydığı məlumatdan sonra bu fikirləri səsləndirib:

“Çox acınacaqlı vəziyyətdəyik. Bakının çox rayonunu, həmçinin Xocalı prospektini qeyd etmək istəyirəm. Səhərdən nə işıq, nə də su var. Xüsusilə də bu problem Süleyman Vəzirov küçəsində yerləşən yeni tikilmiş binalarda mövcuddur. Həm də ilk dəfə deyil ki, bu problem yaşanır. Ötən dəfə də qeyd etmişdim ki, 15-ci mərtəbənj ağır yüklərlə qalxmışdım. Bu nə dərəcədə düzgündür? Xəstəsi olanlar, uşaqlı insanlar var. Onda küçədə bir xanımın körpə uşağı ağır xəstə idi. Heç bir təcili yardım gəlmədi. Çünki eşitdilər ki, lift çalışmır.

Piyada çıxıb uşağı yuxarıdan aşağı endirmək var idi. Su, işıq və qaz yoxdur. Bu nə dərəcədə düzgündür? Biz neçənci əsrdə yaşayırıq? Bizim o boyda sərvətimiz ola-ola işıq, su, qaz yoxdur. Hər şeyi bir kənara qoyduq. Bəs bu MTK, ya da hündürmərtəbəli binaları tikənlər hara baxırlar? Nə vaxta qədər bu biabırçılıq davam edəcək, insanlar əziyyət çəkəcək? Son zamanlar isə gecə 1-dən səhər 5-ə qədər su kəsilir. İnsanların çoxu axşam 10-da yatır? Bəlkə kimsə gecə 2-də yuxuya gedir, ya da nahar edir. Çünki insanlar saat 8-də işdə olmalıdırlar, uşaqlarını məktəbə aparırlar. Mən yaşadığım ərazidə nə qədər xəstə insan məskunlaşıb. Kiminsə evində sifarişlə gətirilən su yoxdur. Kimsə çay istəyir bəlkə? Nə etsinlər, necə içsinlər? Xocalı prospektində biabırçı vəziyyətdir. Buradan Xətai Rayon İcra Başçısına, Süleyman Vəzirov küçəsi 17-dəki MTK rəhbərlərinə, orada çalışanlara. Hara baxırsız? Mən yenə axşam çiynində ağır çanta, bir əlimdə də uşaq 15 mərtəbəni piyada qalxmalıyam. Bacım evdə çaysız, susuz qalıb. Nəyə görə? Ümumiyyətlə liftlərin ikisi də işləmirdi. Çox rica edirəm ki, Xətai Rayon İcra başçısı bir əncam çəksin”.