Ötən həftə dünyasını dəyişən Xalq artisti Ramiz Novruz doğulduğu Biləsuvar rayonunda da anılıb.
OLAY yazır ki, bu barədə onun qızı Şəfəq Novruz məlumat yayıb. O bildirib ki, atası üçün rayonda da 7 mərasimi keçiriblər:
“Biləsuvarın Səmədabad kəndi də səni tələb etdi. Sənin 7 mərasiminin keçirilməyini orada da istədilər. Əmim demiş, 1000 nəfərlik kənddən çıxıb 10 milyonluq xalqın sevgisini qazanan Ramiz Novruz. Bütün kənd və rayon 7 mərasiminə gələrək göz yaşlarına boğulmuşdu. Əmimə təşəkkür edirəm ki, bu fürsəti kənd camaatına yaratdı. Çünki atamın sinif yoldaşları və sevənləri az da olsa, təsəlli tapdılar”.