Fotosessiya
Fotosessiya

19 yaşında Vaynşteynin təcavüzünə məruz qalıbmış...

19 yaşında Vaynşteynin təcavüzünə məruz qalıbmış...

Paris Hilton 19 yaşında Harvi Vaynşteyn tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

OLAY yazır ki, onun sözlərinə görə, hadisə 2000-ci ildə Kann kinofestivalında baş verib. Paris prodüserin ev sahibliyi etdiyi İİV-ə yoluxmuş insanlara yardım gecəsində iştirak edib:

“Sevgilimlə nahar edirdim və birdən Harvi Vaynşteyn masamıza yaxınlaşdı və soruşdu ki, mən aktrisa olmaq istəyirəm? Cavab verdim ki, istəyirəm. Sonra məni və sevgilimi otağına qalxıb ssenariləri oxumağa dəvət etdi. Onun nüfuzundan xəbərim yox idi, amma yenə də bu təklif məni çaşdırdı və mən imtina etdim, - deyə, Hilton bildirib.

Ertəsi gün, bir xeyriyyə qala-ziyafəti zamanı, ulduzun sözlərinə görə, Vaynşteyn onunla aqressiv davranıb və təqib etməyə başlayıb.

“Özümü tualetə kilidlədim və o, içəri girib soruşdu ki, mən aktrisa olmaq istəyirəm? Nəticədə onu mühafizəçilər çıxardılar. Bu zaman Harvi qışqırırdı ki, bu, onun partisidir. Yadımdadır, onun davranışından çox qorxdum və qəzəbləndim, - deyə, Paris fikirlərini tamamlayıb.