Fotosessiya
Fotosessiya

“Mənə deyirdilər, səni mağazadan almışıq”

“Mənə deyirdilər, səni mağazadan almışıq”

Aparıcı Ülvira Qarayeva növbəti statusu ilə diqqət çəkib.

OLAY yazır ki, o, feysbukda yazdığı açıqlamada uşaqlıq illərini xatırlayıb:

“Bizim uşaqlığımız məlumatsız olub. Mənə deyirdilər, səni mağazadan almışıq, özü də “Detmir”dən. “Detmir” Naxçıvanda ən böyük uşaq aləmi mağazası idi. Mən də qardaş istəyirdim. Anam deyirdi, bacı istəyirsən, gedək alaq, 15 qəpikdir, qardaş bahadı, 1 manatdı. Böyüyənədək nə qədər ağladımsa, 1 manat yığa bilmədilər”.