Müğənni Hiss (Röya Məmmədova) növbəti dəfə instaqram hesabında dəyişiklik edib.
OLAY yazır ki, o, yenidən səhifəsindəki fotolarını arxivləyib. Hiss həm də təqib etdikləri siyahısındakı istifadəçiləri də izləmədən çıxarıb. İfaçı hesabında yalnız ötən ilin dekabrındakı postunu saxlayıb.
Qeyd edək ki, müğənni dəfələrlə paylaşımlarını arxivə atıb. Bir müddət sonra geri qaytarıb.