Müğənni Damla yeni fotoları ilə sosial şəbəkələrdə müzakirə yaradıb.
OLAY yazır ki, ifaçı son bir həftədir qeyri-adi fotosessiyasından görüntüləri yayımlayıb.
Şəkillərdən birində Damla başını tamamilə bağlayıb, digərində tül şalla üzünü örtüb. Ən maraqlısı isə onun ağzı və başının bir hissəsi ağ lentlə örtülü obrazı olub.
Növbəti paylaşımında ifaçının gözünün kənarlarında yanmış kibritlər yer alıb. Müğənni sonuncu postundan başqa digərlərində şərh bölməsini bağlayıb.
İzləyicilərdən kimisi onu Əməkdar artist Elza Seyidcahana bənzədib. Əksəriyyət bu stilin ona yaraşmadığını və əvvəlki tərzinə qayıtmalı olduğunu bildirib. Buna baxmayaraq öz pərəstişkarları müğənninin bu obrazlarını da bəyənib.