Azərbaycanlı müğənni Günel Zeynalova Türkiyədə kommunal xərclərin artırılmasına etiraz edib.
OLAY yazır ki, bununla bağlı o, instaqramda status paylaşıb.
İstanbulda artan xərclərə eyvanda qazan vuraraq etiraz edən vətəndaşları paylaşan Günel bu sözləri yazıb:
“Kommunal xərcləri 500-dən 1500 lirəyə artırıblar. Bizi də yaxında eyvanda qazan vuran da görsəz, təəccüblənməyin. Nə olur? Yenə 1500 yaxşıdır. Mən bizim xərcləri heç yazmıram”.