Türkiyənin ustad aktyoru İlyas Salman zəlzələdən zərər çəkənlər üçün başladılan “Bir kira, bir yuva” kampaniyasına qoşulub.
OLAY yazır ki, sənətçi çox maddi imkanı olmadığı üçün az miqdarda kömək olacağını açıqlayıb:
“Ömrümdə ilk dəfə sistemin sənətçisi olmadığıma görə peşman oldum. Çünki sistemin sənətçisi olsam, bu kampaniyaya yüksək məbləğdə yardım edə bilərdim. Amma gücümün çatdığı qədər, təqaüdümdən ianə etmək istəyirəm”.