Zəlzələ baş verdiyi vaxtdan ölkəsinə yardım üçün səfərbər olan Burak Özçivit növbəti addımı ilə örnək olub.
OLAY yazır ki, bu günlərdə Qətərə gedən sənətçi orada bir tədbirə qatılıb. Tez-tez təşkil olunan görüşlərdən yüksək miqdarda pul qazandığı danışılan Özçivit bu dəfə qazancını zəlzələdən zərərçəkənlərə bağışlayıb.
Burak satılan biletlərdən əldə olunan bütün pulu ianə edib.