Fotosessiya
Fotosessiya

7-ci dəfə ata oldu

7-ci dəfə ata oldu

Dünyaca məşhur teatr və kino aktyoru Cud Lo yeddinci dəfə ata olub. 

OLAY yazır ki, 50 yaşlı aktyor və xanımı Filippa Koen Londonun Hitrou hava limanında yeni doğulmuş körpələri ilə görüntülənib. Onların yanında cütlüyün 2020-ci il təvəllüdlü 2 yaşlı uşağını müşayiət edən dayəsi də olub.

Qeyd edək ki, Lo 2019-cu ildə psixoloq Filippa Koenlə evlənib. Cütlük 2020-ci ildə uşaq dünyaya gətirib. Uşağın adı və cinsi cütlük tərəfindən açıqlanmır. 
Cud 1997-2003-cü illərdə aktrisa Sadie Frost ilə evli olub. Cütlüyün üç övladı var: oğlu Rafferti (1996), qızı Ayris (2000) və oğlu Rudi (2002).

2008-ci ildə aktyorun model Samanta Burk ilə münasibəti olub. Onların ümumi qızı Sofiya var (2009). Aktyor 2014-cü ildə müğənni Ketrin Hardinqlə görüşüb və bir il sonra Ada adlı qızı dünyaya gəlib.