Fotosessiya
Fotosessiya

Arzu Əliyeva Əməkdar artistdən kitab aldı

Arzu Əliyeva Əməkdar artistdən kitab aldı

Bakı Media Mərkəzinin Prezidenti Arzu Əliyeva Əməkdar artist Bəhram Bağırzadənin kitab sərgisini ziyarət edib. 

OLAY yazır ki, bu barədə aktyor özü sosial şəbəkə hesablarında məlumat yayıb. O bildirib ki, A. Əliyeva övladları ilə birgə onun “Baku Book Center”dakı kitab satışına baş çəkib:

“Bu gün Bakı Kitab Mərkəzinə gələn qonaqlar arasında öz övladları ilə birlikdə Arzu xanım Əliyeva da var idi. O da övladları üçün bir neçə kitab əldə etdi. Yaradıcılığın diqqətdən kənarda qalmırsa, bu, çox dəyərlidir”.