Rusiyannın Xalq artisti Filipp Kirkorov Alla Puqaçova ilə evil olarkən ona xəyanət etdiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, NTV-də yayımlanan “Maska” şousunun efirində danışıb.
Verilişdə iştirakçını tərifləyən Kirkorov “ona görə subayam, ona görə boşanmışam. Çünki həmişə “sağ-sola” gedirdim”, - deyə bildirib.
Qeyd edək ki, Alla Puqaçova müğənninin yeganə rəsmi həyat yoldaşı olub. Kirkorov “Diva”nın dördüncü əri olub və 1994-cü ildə onunla nikah bağlayıb. 2005-ci ildə boşandıqdan sonra keçmiş sevgililər dostluq münasibətləri saxlayıb.
Kirkorovun surroqat anadan dünyaya gələn iki övladı var.