Fotosessiya
Fotosessiya

“İmkanım yoxdur, borclarımı ödəyə bilmirəm”

“İmkanım yoxdur, borclarımı ödəyə bilmirəm”

Aktyor-aparıcı Azər Axşam borclarının olduğunu açıqlayıb.  

OLAY yazır ki, bu barədə o, “Sözbaz” proqramına müsahibəsində bildirib:

“20-30 manata seriala çəkilən aktyorlar var. Onları qınamıram. Çünki aktyordur, çəkilmək istəyir. Problem ondadır ki, çəkilənlərin çoxu bacarıqsızdır. Yaxşı işim olsaydı, 50 yaşımda bu sənətdən uzaqlaşardım.

Bu gün mənim bu sənətdə işləməyimin səbəbi başqa işimin olmamasıdır. Başqa qazanc yerim yoxdur. İmkanlı atam, dayım olsaydı, bir obyekt açıb desəydi ki, gəl buranı işlət, böyük məmnuniyyətlə bu sənətdən uzaqlaşıb, gedib o obyekti işlədərdim. Sadəcə başqa iş bacarmıram, imkanım yoxdur, məcburam. Çünki üzərimdə borclar var. Mən onları ödəməliyəm”.