Fotosessiya
Fotosessiya

Meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi bilindi - Yenilənib

Meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi bilindi - Yenilənib

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan və 2000-ci il təvəllüdlü Abdullayeva Aytənin evdə meyitləri aşkarlanıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş. 

Qeyd edək ki, Turxan müğənni, Aytən isə rəqqasə olub.

***

“Report”un məlumatına görə, onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Onu da bildirək ki, qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.