Azərbaycanlı məşhur cütlük Elmira Namazova və Tural Namazov Maldiv tətilinə yollanıblar.
OLAY yazır ki, İnstaqramda 983 min izləyicisi olan blogerlərin istirahəti onlara 20 min manata başa gəlib. Bu barədə Elmirayla Tural sosial media hesablarında sualları cavablandırarkən məlumat verib:
“Bizim qaldığımız yer Maldivin ən bahalı hotellərindəndir, ən yaxşı otağı seçdiyim üçün də qiymət 20 min manat civarındadır”.
Qeyd edək ki, Tural və Elmira 2018-ci ildə ailə qurub. Cütlüyün iki övladı var.