Bir neçə gündür ki, müğənni Nadir Qafarzadə istər sosial şəbəkələrdə, istərsə də mediada tənqidlərə məruz qalır.
Onu həm istifadəçilər, həm də Rasim Balayev, Şeyx Əbdül Mahmudov kimi Xalq artistləri qınayır. Buna səbəb isə Qafarzadənin Türkiyədəki dəhşətli zəlzələdən sonra özünə ad günü etməsidir.
Çoxu qardaş ölkədə matəm olduğu bir dövrdə sənətçinin şənlik etməsini düzgün hesab etmir.
OLAY məsələ ilə bağlı Qafarzadənin özü ilə əlaqə saxlayıb. Bu müzakirələrə görə qəzəbli olan müğənni onu qınayanlara qısa cavab verib:
“Əcəb etmişəm, yas qurtarıb. Mən də fevralın 15-i ad günü etmişəm. Belə də yazın ki, əcəb etmişəm. Cəhənnəmə tənqid etsinlər. Bezdim artıq. Yuxudan indi oyanmışam, əsəbiləşmişəm”.